Tunq Ər Alpan dedi dünən baş evdə,“Quruş al ver saxlancıdır satalda.Öz adına qızıl quruş vurdurdu,Quruş al ver saxlancıdır satalda.

Qızıl quruş, gümüş quruş, tunc quruş,Quruş ilə güc artırır quruluş,Artdı Minel Mindiyarda güc, duruş,Quruş al ver saxlancıdır satalda.

Çinə satdı qarayağı quruşla,İpək aldı durudaşla, göydaşla,Artdı ölkə sıçrayışla, uçuşla,Quruş al ver saxlancıdır satalda.

Xurma, gəmi, dəri, at, yem, tunc yaraq,Dörd təkərli, iri qayıq, qazalaq,Getdi, gəldi beş təkərli çaparaq,Quruş al ver saxlancıdır satalda.

Quruş üstə Tunqun qolu, yazısı,Ölkələrə açıq oldu qapısı,Axdı bura yaranmışın yarısı,Quruş al ver saxlancıdır satalda.Çinel, Hindel Misirellə, Balasqel,Qoydu burda ayaq yeri yer bə yer,Artdı al ver qonşuluqda il bu il,Quruş al ver saxlancıdır satalda.

Qız aldılar, qız verdilər ölkələr,Şahlıq oldu, diyar oldu bölgələr,Gözdən itdi, ötdü qara kölgələr,Quruş al ver saxlancıdır satalda.

Çinellilər ayaq açdı Minelə,Yaxınlaşdı çox el-elə, dil-dilə,İnam artdı yatım oldu il-ilə,Quruş al ver saxlancıdır satalda.

Turq Ər Alpan ölkələri dolaşdı,Hər bir elə öz eli tək yanaşdı,Təkcə Daryaş küsdü, onla tutaşdı,Quruş al ver saxlancıdır satalda.

Onlar bir də vuruşdular ad üstə,Güləşdilər, boğuşdular at üstdə,Çəkişdilər otlaq üstə, ot üstə,Quruş al ver saxlancıdır satalda.

Döyüş vuruş gəlib çıxdı arana,Haray – həşir, səs yayıldı hər yana,Çevrildilər gözü qanlı qaplana,Quruş al ver saxlancıdır satalda.

Daryaş dedi: – Bizə qızıl quruş ver,Torpağı ölç, elə qarış-qarış ver,Quraqlıqdır, göydən bizə yağış ver,Quruş al ver saxlancıdır satalda.

Bizə diyar adı verdin, nə olsun,İndi ona ölkə adı qoyulsun,Pars ölkəsi ölkə-ölkə yayılsın,Quruş al ver saxlancıdır satalda.Tunq Ər Alpan dedi:- kütsən, yazıqsan,Baş olsan da öz içində qırıqsan,Yekə başsan, elə, yurda soyuqsan,Quruş al ver saxlancıdır satalda.

Cingildədi, gumbuldadı yaraqlar,Endi qılınc, toppuz, batdı tutaqlar,Qızdı gözlər, batdı dibdən qulaqlar,Quruş al ver saxlancıdır satalda.

Bir ay çəkdi vuruşmalar, çəkişlər,Gəlib çatdı Pars diyara döyüşlər,Al-qan oldu biçənəklər, örüşlər,Mələr qaldı quzu, dayça, çəpişlər,Quruş al ver saxlancıdır satalda.

Sonra düşüb güləşdilər döş-döşə,Döndü güləş kobudluğa, söyüşə,Yer qalmadı sonra çəkiş – bərkişə,Quruş al ver saxlancıdır satalda.

Baş başılar çəkildilər qırağa,İki toplum əl atdılar yarağa,Döndü torpaq qan qoxulu batlağa,Quruş al ver saxlancıdır satalda.

Tunq Ər Alpan yaralıydı başından,Daryaşınsa qılınc yeri qaşında,Ağlayırdı qıztək doxsan yaşında,Quruş al ver saxlancıdır satalda.

Çoxu öldü, çoxu qaldı yaralı,Yaralının düşüncəsi qaralır,O, tanrıdan, eldən incik, aralı,Qansızlıqdan üzü, gözü saralır,

Ağrılardan bəbəkləri daralır,Quruş al ver saxlancıdır satalda.Tanrı, Turqu göndər bura birbaşa,Yer eləsin barışıqa, barışa,Tuşlamasın oxu qardaş qardaşa,Son qoyulsun bu qırğına, savaşa,Son qoyulsun dalda sözə, qarqışa,Quruş al ver saxlancıdır sat alda.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов