Vətən yaxşıdı
Xəstə göndərməyin qürbət ellərə,Xəstəni əcəl yox, qürbət öldürür.Vətənlə qürbətin arasındakı,Ayrılıq öldürür, həsrət öldürür.
Öz kökü üstündə qalxan, ucalan,Öz kökü üstündə bitən yaxşıdı.Elə gəzməyə də Vətən torpağı,Elə ölməyə də Vətən yaxşıdı.
2004, fevralKislovodsk
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-veten-yaxsidi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ürəyim ağrıyır, yaman ağrıyır
Mən geniş göylərdə süzmək bilirdim,Vurulub torpağa düşmək də varmış.
Nə var durulmağa, təzələnməyəElə ki söykəndin məğrur bir dağa,Qoşuldun bulağın, çayın səsinə,
Uşaq doğulasan, uşaq öləsənUşaqlar oynayır evdə, eşikdə,Körpələr uyuyur isti beşikdə.
KeşiyindədirQayanın altında yaşıl tülə bax,Qayanın döşündə açan gülə bax!