Bir az xoşbəxt eylə məni
Torpaqsan, səngərin olum,Səngərsən, əsgərin olum.Əsgərsən, silahın olum,Silahsan, kəsərin olum.Kitabsan, şeirin, dastanın,Qələmsən, əsərin olum.Xoşbəxt olmaq istəyirəm,Bir az xoşbəxt eylə məni.
Üfüqsən, günəşin olum,Ocaqsan, atəşin olum.Tarlasan gülün, gülşənin,Zəmisən, küləşin olum.Bu dünya beş günlükdürsə,Dönüm sənin beşin olum.Xoşbəxt olmaq istəyirəm,Bir az xoşbəxt eylə məni.
Ötüb-keçən günlərimin,Ruhumda göynəyi qalıb.Keçmiş keçib, əllərimdəBir qanlı köynəyi qalıb.Yaşa dolan çağlarımınƏlimdə əsası qalıb,Gözümdə eynəyi qalıb.Hardan bilim gödək ömrünNəyi gedib, nəyi qalıb?Xoşbəxt olmaq istəyirəm,Bir az xoşbəxt eylə məni.
Səndən dünya istəmirəm,Səndən yer-göy istəmirəm,Gözümə nur istəmirəm,Dizimə hey istəmirəm.Nə var-dövlət, nə şan-şöhrət,Heç nə, heç şey istəmirəm.Xoşbəxt olmaq istəyirəm,Bir az xoşbəxt eylə məni.Zaman gülsün ürəyimdə,Bir az xoşbəxt eylə məni.
2006, fevral
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-bir-az-xosbext-eyle-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
AğrıdırAğrı bilməz saz canımı,Bir incəbel can ağrıdır.
Zülfi-xəmin ki, xəlq deyərlər, kəmənd onaZülfi-xəmin ki, xəlq deyərlər, kəmənd ona,Bir damdır ki, aləm olub payibənd ona.
Tale quşu...Günəşmi qanad çaldı,Bəxtinmi doğuşuydu?