Aşıq ədalət dəlidağlıya
Könül bazarında qızıl xırdala,Ləl apar, ləl apar, ay Dəlidağlı.Bağrımın başını dəli sazınlaDəl apar, dəl apar, ay Dəlidağlı.
Gəl duraq döş-döşə, sinə-sinəyə,Qataq səsimizi dağa-binəyə.Qəlbimdə xəzinə var, o xəzinəyəƏl apar, əl apar, ay Dəlidağlı.
Deyiş meydanında dillər döyüşər,Dağın tufanında sellər döyüşər.Döyüş meydanında kəllər döyüşər,Kəl apar, kəl apar, ay Dəlidağlı.
Xəstənin dərdinə dərman vaxtıdı,Padşahın hökmünə fərman vaxtıdı.Sünbülü döyməyə xırman vaxtıdı,Vəl apar, vəl apar, ay Dəlidağlı.
Çiçək çəmənindi, arı şairin,Zəlimxan, eşqidi barı şairin.Yarı aşığındı, yarı şairin,Gəl apar, gəl apar, ay Dəlidağlı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-asiq-edalet-delidagliya
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yox, mənimlə getməyəcək bu dünya,Mən getsəm də nələr, nələr qalacaq.
Bir şair “dostuma”Qardaş, mən də bu torpağın oğluyam,Elə bilmə çox uzaqdan gəlmişəm.
Dünya, dərdin çəkiləsi dərd deyilYüngül olsa öhdəsindən gələrdim,Dünya, dərdin çəkiləsi dərd deyil.
DeməmişəmGözüm görə-görə kor olammaram,Baxıb görməyənə göz deməmişəm.