Dünya, dərdin çəkiləsi dərd deyil
Yüngül olsa öhdəsindən gələrdim,Dünya, dərdin çəkiləsi dərd deyil.Təkbaşına çəkə-çəkə ölərdim,Dünya, dərdin çəkiləsi dərd deyil.
Polad sındı, dəmir yandı mum oldu,Sal qayalar toza döndü, qum oldu.Sarayların yeri qara şum oldu,Dünya, dərdin çəkiləsi dərd deyil.
Çaqqalların uladıqca uladı,Tülkülərin quyruğunu buladı.Pələng öldü, pişik meydan suladı,Dünya, dərdin çəkiləsi dərd deyil.
Qara əllər sinəmizə köz basır,Bəd əməllər yaramıza duz basır.Yüz daldala, yüz malala, yüz basır,Dünya, dərdin çəkiləsi dərd deyil.
Can yandıran odlu ahdan qorxuram,Qanlar tökən hər silahdan qorxuram.Həm bəndədən, həm Allahdan qorxuram,Dünya, dərdin çəkiləsi dərd deyil.
Dinsiz olub insaflılar, dinlilər,Qılınc çəkir qəzəblilər, kinlilər.
Cin atına yaman minib cinlilər,Dünya, dərdin çəkiləsi dərd deyil.
Çirkaba bax, palçığa bax, lilə bax,Lil içində yatıb qalan filə bax.“Bizimki də qara gəldi belə, bax”,Dünya, dərdin çəkiləsi dərd deyil.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-dunya-derdin-cekilesi-derd-deyil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
İtmişdi dili-qəmzədə viranələr içrə,Səd şukr ki, tapdım onu meyxanələr içrə.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
İmdadQarlı dağlar gənə etdi aradanKərəm ilə qoyma məni dəryada
YükümEşqidən kamil olan, xeyli iqbaldı yüküm.Dürlü qumaş cəm etmişəm, yaşıldı, aldı yüküm.