Yollar - axtarışlar
Ləqəbi Şəmsəddin, adı Məhəmməd,Eşqin göylərində uçan quşdu o.Xorasan əsilli, Təbriz möhürlü,Ulu bir məkanda doğulmuşdu o.
Təbriz beşiyiydi arzularının,Artdı istəkləri, birə min oldu.“Şəms” adlı surədən aldı gücünü,Məhəmməd çevrildi Şəmsəddin oldu.
Quranı içindən keçirmək üçün,Quranın içindən keçmişdi Şəmsim.Allahın tükənməz hikmətləriniAramaq yolunu seçmişdi Şəmsim.
Qəlbində, ruhunda, qanında Allah,Cövhərində Allah, canında Allah,Hər dəfə çəkdiyi nəfəsdə Allah,Coşub çağladığı həvəsdə Allah,Gərəksiz yolları atdı, unutdu,Ancaq Yaradanın yolunu tutdu.Yapışdı qolundan iman yolları,Bu Təbriz, bu Dəməşq, bu Şam yolları.Bu Məkkə, Mədinə, Hicaz yolları,Bu oruc yolları, namaz yolları,Kərbəla yolları, Bağdad yolları,Haqqa qovuşmağın nicat yolları.Gecəli-gündüzlü zikrində Allah,Ağlında, beynində, fikrində Allah,Gördü alimlərin dayazlığını,Gördü aləmlərin ləyaqətini.Dərində axtardı, batində gəzdi,Ömrün mənasını, şeiriyyətini.
Səbrlə aşırdı bərəni, bəndi,Səbrlə keçirdi şəhəri, kəndi.Gündüz xəyalında, arzularında,Gecə yuxusunda Konya görürdü.Səhra küləyində, çəmən şehində,Çiçək qoxusunda Konya görürdü.Baxırdı qəlbinin pak aynasına,Könül guşəsində Konya görürdü.Səssiz hislərinin dərinliyində,Xəlvət guşəsində Konya görürdü.Gördüyü Konyanın hər qarışındaBir işıq görürdü, bir nur görürdü.Dolu ürəyində Allah sevgisi,Qaynar baxışında od gətirirdi.Fikir dünyasına, söz çəməninəTəzə bir tam verir, dad gətirirdi.Alim Mövlananı aşiq etməyəAd üstə təzə bir ad gətirirdi.Ona duyğuları pıçıldamışdı:Sən könül mülkünü Konyada axtar.Sirrinə sirdaşı, qəlbinə yarı,Eşqinə sultanı Konyada axtar.Orda xəzinələr xəzinəsi var,O saf xəzinənin başının üstəHaqqın nəzəri var, haqqın səsi var.Yeri istəyirsən — orda taparsan,Göyü istəyirsən — orda taparsan,Qıfıl, açarı, sirri açmağaNəyi istəyirsən orda taparsan.Təbrizdən Konyaya gələn yollarıÇeşmə suyu kimi (içib gəlirdi.Dərəni, təpəni, yalı, yamacıQızıl bir quş kimi uçub gəlirdi.Onu qoruyurdu ana təbiət,Bu yolu uğurla bitirmək üçün.Dillər duadaydı, əllər havada,Şəmsi Mövlanaya yetirmək üçün.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-yollar-axtarislar
Клавиши ← → для перехода, R — случайное стихотворение