Şəmsə Günəş dedilər
Əvvəl özünü tanı,sonra anlat cahanı,Özünü tanıyan kəsxalqı bilməz olurmu?
Allahına üz tutubnamaz qılırsa məxluq,Zikrini, duasınıhaqla bölməz olurmu?
“Gəlimli-gedimlidir,son ucu ölümlüdür”,Ölümsüzlük haqq işi,bəndə ölməz olurmu?
Buyurmaq Yaradana,buyrulmaq bizə düşər.O gəl deyib çağırsainsan gəlməz olurmu?
Şəms gördü Mövlananı,güldü könül dünyası,Arzusuna çatandakönül gülməz olurmu?
Nəyi çatmır Allahın,insanı yaşatmağa,Hər kəsə bir yol seçir,halal bir peşə verir.
Üzmək istəyənlərədənizləri göstərir,Gəzmək istəyənlərədağ verir, meşə verir.
Kolların dibini dəsahibsiz qoymur Allah,Gözəllərə bənzəyənkövrək bənövşə verir.
Qəlb alışır, can yanır,8 ruh çırpınır, göz sevir,Ürəyə eşq adlananəbədi nəşə verir.
Sevənlər, sevilənlərŞəmsə Günəş dedilər,Çünki Allah ən böyükeşqi Günəşə verir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-semse-gunes-dediler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Adəmdimi, Həvvadımı, Nuhdumu,Ürəkdimi, nəfəsdimi, ruhdumu,
QalasıyamBorçalı oğullarının dilindən*Yağlı loxma saymasın heç kəs məni dünyada,
BorçalıQucağında göz açmışam bu işıqlı dünyaya,İşığa dön, başdan-başa, nura boyan, Borçalı!
Gec olacaqBu çiçəyin qədrini bil,Solub getsə, gec olacaq.