Qalasıyam
Borçalı oğullarının dilindən
Yağlı loxma saymasın heç kəs məni dünyada,Nə quşa yem olası, nə qurda qalasıyam!Gözlərimin nurudu doğulduğum bu torpaq,Nur məndə qalasıdı, mən nurda qalasıyam!
Ey anamın göz yaşı, ey atamın başdaşı,Ey mənim dağlarımın qəmdən çatılan qaşı,Dar ayaqda dayanıb sizin ilə yanaşı,Bu elə, bu obaya, bu yurda qalasıyam!
Onsuz mənim ömrümün yaşılı, alı yoxdur,Onsuz mənim baxtımın atı var, nalı yoxdur.Borçalıdan savayı ayrı Borçalı yoxdur,Dünya köç-köç olsa da, mən burda qalasıyam!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-qalasiyam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
İthaf*Möhsün, bu xoş gündə demə qocaldım,
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
Təbriz gözəliSəhər xiyabanla keçdiyin zaman,O qara örpəkdən – qara buluddan
Millət və dövlətDövləti olmayan millət bədbəxtdir,Daim yaşatmışam bu hissləri içimdə.