Dəri zolaq-zolaq, dərd damar-damar,Mənim kürəyimdə qamçı yeri var.Batır iynə kimi, çaxır od kimi,Yanan ürəyimdə sancı yeri var.

Çəmən suya batır, çamır göl olur,Qaya suda üzür, mamır göl olur.Hər gün dama-dama damır, göl olur,Gözümdə həmişə damcı yeri var.

2007, 30 oktyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов