Türkün ruhu
Bu gün Ay daha nazlı,ulduz daha nurlu,gün daha parlaq.Torpağıma bir Ay ruhu,ulduz ruhu,gün ruhu gəldi.Şahinlərə, ulduzlaraqucaq açdı,Bakı şəhəri –Türkün ruhu,Türkün ruhu,Türkün ruhu gəldi!
Yerə baxdım, göyə baxdım,meydana baxdım,Bu uçuşlarda ötəndövrana baxdım,İstanbulu fəth etmişMehmet Sultana baxdım.Malazgirdə möhür vurmuşAlp Arslana baxdım.Torpağıma bir ulduz ruhu,Ay ruhu, gün ruhu gəldi.Türkün ruhu,Türkün ruhu,Türkün ruhu gəldi!
Bu uçuş karlıqlara, darlıqlara,qəfəslərə üsyan,Zəncirlərə, təhqirlərə,məhbəslərə üsyan.
Haqqı əzən, Allahı danannakəslərə üsyan.Türk oğlu Türk Cavidinsürgün ruhu gəldi,Türkün ruhu,Türkün ruhu,Türkün ruhu gəldi!
Oğuzumdu, ağ üzümdü,qopuzumdu bu qüdrət,Qılıncımdı, qırmancımdı,toppuzumdu bu qüdrət.Əbədimdi, tükənməzim,sonsuzumdu bu qüdrət,Çılğın ruhu, coşqun ruhu,gülgün ruhu gəldi,Türkün ruhu,Türkün ruhu,Türkün ruhu gəldi!
Uçaqlardan ucalarda uçduürəklər,Tamaşaçı yerdə insan,göydə mələklər,Hünər gördü, təpər gördütitrəşdi fələklər.“Azərbaycan” hayqıraraqAtatürkün ruhu gəldi,Türkün ruhu,Türkün ruhu,Türkün ruhu gəldi!
2001, avqust
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-turkun-ruhu
Клавиши ← → для перехода, R — случайное стихотворение