Bir səfər üstündəyəm,Qəlbim həvəslə dolu.Gözüm neçə murazla,Qulağım səslə dolu.

Dilimiz dilə bağlı,Sazımız telə bağlı.Pəsimiz zilə bağlı,Zilimiz pəslə dolu.

Sel olub axmaq gərək,Göz olub baxmaq gərək,Qəfəsdən çıxmaq gərək,Dünya qəfəslə dolu.

Çaxsa da ildırımlar,Açılsa da şırımlar,Tövşütməz aşırımlar,Sinəm nəfəslə dolu.

Mən bilirəm güc nədir,Səfər nədir, köç nədir.Heç kəs ilə heç nədir,Dünya hər kəslə dolu.

Türkiyə dəftəri

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов