Gec açılmasın
Çəkilmək istəmir dan qaranlığı,Açılmaq istəmir bu səhər, nəsə...Günəşsiz darıxır göylərin tağı,Üzür ürəyimi bu qəhər, nəsə...
Elə bil gözümdə ümidlər solub,Böyüyüb meydanı nisgilin, yasın.Heç kəsin istəyi tərsinə dönüb,Heç kəsin səhəri gec açılmasın.
1978, 25 avqustVaxtsız ayrılığın ağrıdır məni,Mənim yar sovqatım, yar payım hanı?Niyə çoxalmasın saçımın dəni,Qızıla tutulan çarpayım hanı?
Pəncərə açmağı salmıram yada,Qapılar bağlanıb, qarlı bir qışam.Ağlamaq kişiyə yaraşmasa da,Mən onu özümə yaraşdırmışam.
1978, 4 sentyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-gec-acilmasin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nə hündür, nə uca dağlara çıxdım,Enib bu dağların düzünə gəlləm.
Allah kəssin qürbətiBir qəribin dilindənAllah kəssin qürbəti,
Həmişə beşikdən gələcək səsiAlınmaz qalamdı, yıxılmaz dağım,Təmkində, dözümdə, səbirdə şeirim.
Saflıq - gözəllikNə bayquş var, nə bayquşun nəfəsi,Nə zindan var, nə zindanın qəfəsi.
Стихи других поэтов
Sonna məndən kim, nə bolmuş ya nədirVarAcanımda yanədir.
Bu qızınNə əcəb xub yaradıb həsnini Tarı bu qızın,Nə əcəb gülşənə bənzər gül üzarı bu qızın,
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Nəfəs: İlahi, neyləsin, nətsinİlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz