Alınmaz qalamdı, yıxılmaz dağım,Təmkində, dözümdə, səbirdə şeirim.Üstə şeh çilənmiş gül yarpağıdı,İsmətdə, həyada, abırda şeirim.

Ruhunda yurdumun dağı, dərəsi,Ellər arxasıdı, sellər nərəsi.Həmişə beşikdən gələcək səsi,Heç vaxt yatmayacaq qəbirdə şeirim.

Yerdə də, göydə də qol-qanadı var,Ətri var, rəngi var, sehri, dadı var.Özü bir olanın minbir adı var,Var oldu o Mində, o Birdə şeiriml

2006, avqust

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине