Bir qəribin dilindən

Allah kəssin qürbəti,Ara yerdə öləni,Atılıb itəni var.Qərib torpaq, yad toxum,Nə sağlam böyüyəni,Nə sağlam bitəni var.Ağrıyıb sızlayandaNə dada çatanı var,Nə haya yetəni var.Ömrü boyu qəribiBircə fikir göynədir:Ölüm gəlib çatandaRahat uyumaq üçünDesinlər torpağı var,Desinlər Vətəni var.

2006, 9 avqust

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке