Sarp qapısı, məni burda saxlama,Orda məni gözləyən var, gəzən var.Qapıları gəl üzümə bağlama,Məndən ötrü ürəyini üzən var.

Sarp qapısı, dözümümü sınama,Daha keçib dəyanətdən, dözümdən.Dözəmmirəm burda, məni qınama,Çox ləngisəm dünya düşər gözümdən.

İnsaf yoxdu nə tanrıda, nə dində,Açıqlasam, demə həddi keçirəm.Ay insafsız, qırx yaşımın içində,İlk dəfədir bu sərhədi keçirəm.

Sarp qapısı, apardığım ərməğan,Bir ürəkdi, bir qələmdi, bir varaq.Sarsıntıya nə baş dözür, nə də can,Bir aman ver, bu tilsimdən qurtaraq!

Yetmiş ildə bağlanmağın az imiş,Açılmağa indi də can çəkirsən.Axı sənin nə vecinə bu dünya,Nə dərd gördün, nə də hicran çəkirsən.

Ağız bağlı, göz qapalı, dil də lal,Zaman-zaman sandıq sandıq içində.Qazancımız yalançı söz, boş xəyal,Xalq alışdı, biz də yandıq içində.

Sarp qapısı, salma məni darlığa,Duy qəlbimdə baş qaldıran həvəsi.Qoy nur yağsın yerə, göyə, varlığa,“Bayquşun da dar olmasın qəfəsi!”

Sarp qapısı, duman çökür gözümə,Gözləməyə hövsələm yox, tabım yox.Çox qapılar bağlı qalıb üzümə,Daha mənim bağlanası qapım yox!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов