Yol düşüncələri
Bir yola çıxmışam – uzaq bir yola,Zəvvaram, getdiyim ziyarət yolu.Xoşbəxtlik mənimlə girsə qol-qola,Vüsalla bitəcək bu həsrət yolu.
Sınaqdan keçirir yollar adamı,İnsan yol boyunca imtahan verir.Bərkiyir bişmişi, təntiyir xamı,Kimi cana gəlir, kimi can verir.
Dolama yolların vurğunuyam mən,Min dağdan dolanır, min düzdən keçir.Nə qədər qismətdən, bəxtdən, taledən,Nə qədər gecədən, gündüzdən keçir.
Yeriyəndi ayaq, yaradandı əl,Gəzmək də, getmək də xoşdur.Yolların qoynunda yerimək gözəl,Yolların qoynunda ölmək də xoşdur.
Yollar kənarında nəfəs dərməyə,Yaşıl çəmən də var, gül-çiçək də var.Hazır ol zülmünə sinə gərməyə,Qarşıda tikan da, daş-kəsək də var.
Hələ ki cavanam, budur təsəlli,Baxan saçımdakı qaradan bilir.Yol hardan başlanır, özümə bəlli,Yol harda bitəcək, Yaradan bilir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-yol-dusunceleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Həqiqi arizumuz intizami-hali-millətdir,Məsaimiz bütün məsrufi-istikmali-millətdir,
بلبل به سحر دو دیده پر خون آیدبا ناله و نوحه دگرگون آید
Sənin gülüşlərinСмех твой, звенящий в моих ушах,Если б ты знала, на что похож, —
QalasanMəndən yara yaxşı-yaman qandıran,Görüm yar üzünə həsrət qalasan.