Qarsın düzündə
Qars ayaz,Bura gündü, Qars ayaz.Qələm, qurbanın olum,Qismətimi Qarsa yaz.Nənəm belə deyərdi
Qars ayazdı,Bura gündü, Qars ayazdı.Qələmə qurban olum,Qisməti Qarsa yazdı.Mən belə deyirəm
Məni bu yerlərə qismət gətirdi,Yazdılar yazımı Qarsın düzündə.Yığıldı başıma yadlar, doğmalar,Çəkdilər nazımı Qarsın düzündə.
Qara saçlarımdan küləklər öpdü,Ucaldım, alnımdan mələklər öpdü,Güllər naxışladı, çiçəklər öpdü,Gül açan yazımı Qarsın düzündə.
Qayalar dinlədi, daşlar dinlədi,Gözlərdən tökülən yaşlar dinlədi,Lal oldu, dayandı, quşlar dinlədi,Şirin avazımı Qarsın düzündə.
Qaldırdı səsini ney yana-yana,Yeri qarsaladı göy yana-yana,Həsrətlər görüşdü hey yana-yana,Ağlatdım sazımı Qarsın düzündə.
Ömrümə yar bildim taleyi, baxtı,Sinəmdən dumduru çeşmələr axdı.Aşıq Qərib kimi günorta vaxtı,Qıldım namazımı Qarsın düzündə.
Yaralı keçmişi mən duya-duya,Qaynadım torpağa, qarışdım suya.İlahi! Hamını çatdır arzuya,Tapdım murazımı Qarsın düzündə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-qarsin-duzunde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yetimlik dünyada yaman bəladı,Ölən ölüb gedər, sağ yetim qalar.
Heç bilmədim necə deyim sevirəmHeç bilmədim necə deyim sevirəm,Onu mənə bir baxışı lal, dedi.
SənSən işıqsan, mən səsəm,Sənə çata bilmərəm.
GətirərsənSən dağa gedirsən, mən arandayam,O dağdan arana sel gətirərsən.
Стихи других поэтов · О природе
Bir nazənin huri mələk simalıGəldi, məni gördü, güldü, qayıtdı
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcanEy qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,
SəninGözəl səndən xəbər alım,Var əndamın qarmı sənin?
DağlarZinəti nərgizdən, tər bənövşədən,Al-yaşıl geyinib şad olan dağlar.