Yetimlik dünyada yaman bəladı,Ölən ölüb gedər, sağ yetim qalar.Əlvan çiçəklərin rəngi saralar,Bağbanı öləndə bağ yetim qalar.

Kimi var elə bir canıyanası,Mətləb anlayası, kəlmə qanası.Ellərdi dağların ata-anası,Payızı gələndə dağ yetim qalar.

Qara xal yanağı ağda gözəldir,Bülbülün cəh-cəhi bağda gözəldir.Zəlimxan, şamama tağda gözəldir,Bəhrəsi olmasa, tağ yetim qalar.

1972, 10 oktyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе