İnsan darıxanda
İnsan darıxanda həmdəm axtarır,Ona lazım olan hava, su kimi.Sərinlik istəyir sinədə ürək,Havalı dağların havası kimi.
Necə istəyirsə yananda torpaq,Göylərin şıdırğı yağışlarını,İnsan darıxanda elə istəyirDüzün çiçəyini, dağın qarını.
İnsan darıxanda gələn olmasa,Ahlar başı üstə tüstüyə dönər.Təngiyər nəfəsi, kəsilər səsi,Ümidi qırılan xəstəyə dönər.
1972Xoşum gəldi sözündən,Təmiz dedin, az dedin.Qəlbindən qan axsa da,Kişi ağlamaz, dedin.
1972, 8 dekabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-insan-darixanda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ay ariflər, nə kəmtale qul oldum,El içində haqqı zay olan canım.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Könlüm səni istərYüz mah münəvvər ola, könlüm səni istər,Yüz şəms müdəvvər ola, könlüm səni istər,
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,