Ömür yaman gödəkdi
Gözü gözdü dünyanın,odunu, alovunu,Əldə tuta bilmədibəxtinin cilovunu,Zaman ovçuya döndü,tez ovladı ovunu,Həyat çox oğullarınbaşında bostan əkdi,Ömür yaman gödəkdi.
Ağzın aşa yetməmiş,başın başa yetməmiş,İllər göz qırpımındagəlib başa yetməmiş,Harayın nə oğula,nə qardaşa yetməmiş,Başımızda turp əkəngözümüzdə od əkdi,Ömür yaman gödəkdi.
İnsan qurar, yaradardişiylə, dırnağıyla,Döyüşər ömrü boyuhəyat adlı yağıyla.Layla ilə başlanansona çatar ağıyla,Bu dünya başa kimikimin nazını çəkdi?Ömür yaman gödəkdi.
Allaha tək desək də,hökm onda, fərman onda,Verən də O, alan da,dərd onda, dərman onda.Bizim heç nəyimiz yox,mülk onda, cahan onda.Nəyi var ki, insanın,o da tək oğlu, təkdi,Ömür yaman gödəkdi!!!
2002, 3 sentyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-omur-yaman-godekdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Nazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
SamavarEy olan aləmara layiq sultan, samavar,Sənə müştaqıydı məcmu bəy və xan, samavar,
Əzm eylə diyari-ŞirvanıƏzm eylə diyar-ı ŞirvanıQət eylə rəh-i Azərbaycanı
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.