Sən dağa gedirsən, mən arandayam,O dağdan arana sel gətirərsən.Bir gözəl saçından üç tel ayırıb,Sazın zil səsinə tel gətirərsən.

Duyub ürəyinlə, baxıb gözünləMənim ruhumu da gəzdir özünlə.Uzadıb ömrümü şirin sözünləİllərin üstünə il gətirərsən.

Xoşdu Zəlimxana dumanı, çəni,Dağların nəfəsi yaşadar məni.Mənim dodağımla öpüb çəməni,Gələndə bir dəstə gül gətirərsən.

1972, 17 oktyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе