Qarsın tanınmış xocası, Fövzi paşa okul müdirihörmətli Şahmət Bilgirə ulu sevgilərlə

Dərədə selə döndüm, dağda yel kimi əsdim,Min görüşdən yan keçib, bir görüşə tələsdim.İlk dəfə duz-çörəyi sənin evində kəsdim,Halal loxma canıma nuş oldu, Şahmət xoca!

Tarixi söhbətlərin şirin oldu bal kimi,Səni sevdim ürəkdən el kimi, mahal kimi.Qulluğumda dayandın əsil ağsaqqal kimi,Duyğularım havalı quş oldu, Şahmət xoca!

Hey baxdım, pozulmadı gözəlliyin sırası,Gördüyüm hər qarış yer gözlərimin qarası.Qoşa gəzdik, dolandıq Qars – İstanbul arası,Sənlə keçən günlərim xoş oldu, Şahmət xoca!

Qars ilə oyanırdım, Konya ilə yatırdım,Ən şirin arzuların xoş ətrinə batırdım.Bu torpaqla görüşə lap çoxdan can atırdım,Yaxşı ki, ömrüm sənə tuş oldu, Şahmət xoca!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви