Qağızmanda alma dərdim budaqdan,Nə şirindi Qağızmanın alması.Şöhrətini eşitmişdim uzaqdan,Nə şirindi Qağızmanın alması.

Dərə boyu uzanıbdı bağçalar,Bağçalarda dürlü-dürlü boğçalar.Yanaqları qızıl çalar, ağ çalar,Nə şirindi Qağızmanın alması.

Doymaq olmur dərəsindən, dağından,Bax ləzzət al qızıllaşan çağından.Nə acıdı, ayrılasan bağından,Nə şirindi Qağızmanın alması.

Ətrinə bax, çiçək dadır, gül dadır,Şana dönür, pətək dadır, bal dadır.Torpaq dadır, Vətən dadır, el dadır,Nə şirindi Qağızmanın alması.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе