Çox can atdım Ərzurumu görməyə,Hayıf oldu, səfasını görmədim.Bağban olub dolanmadım bağını,Güllərini yaylıq üstə sərmədim.

Çeşmə olub düzlərindən axmadım,Ulduz olub göylərindən baxmadım,Bir igidin əllərini sıxmadım,Bir gözəlin saçlarını hörmədim.

Arzular çox, yol gəzdirən, biz keçən,Bu yerlərdə dastan olub söz gəzən.Sinəsində qırx incəbel qız gəzən,Qızılgüllü bağçasına girmədim.

Yeri, göyü duman oldu bu yolun,Nisgilləri yaman oldu bu yolun.Günahkarı zaman oldu bu yolun,Əl uzadıb güllərini dərmədim.

Keçəmmədim günahından, suçundan,Baş açmadım Xan Əslinin köçündən.Gecə keçdim Ərzurumun içindən,Kərəm aşan gədiklərin görmədim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе