Ana, qoyma yatıb qalam,Səhər tezdən oyat məni.Duyğuların qanadındaQoy aparsın göy at məni.

Şehli vaxtı görüm tağı,Gül-çiçəkli bu torpağı.Gözlərinin nurlu çağıQarşılasın həyat məni.

Çiçəklərdən dərə-dərə,Min dağ aşım, min bir dərə.Qoy qaldırsın zirvələrəSən verdiyin qanad məni!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе