Qoşma
Biryolluq həsrətdən əlim üzülə,Gün kimi üstümə yar işıq sala.Məni barışdıra öz küskünümlə,Təbiət araya barışıq sala.
Tufanlı, hicranlı gün gətirməyə,Qara saçlarıma dən gətirməyə,Duman gətirməyə, çən gətirməyəOnun yağdırdığı qar işıq sala.
Sevinci, kədəri yarıya bölək,Qalsaq bir yaşayaq, ölsək bir ölək.Məni tanrı bilə, özünü mələk,Aşiqi Allahla qarışıq sala!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-qosma
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Borçalı ilə deyişmə
Borçalı:Gözüm yolda, könlüm səsdə qalıbdı,
Cavad heyət körpüsüMartın 18-də Ankaranın Qazi Universitetində mənim yaradıcılıqgecəm keçirilirdi. Böyük ziyalımız Cavad Heyət bu xəbəri eşidib
Qarabağ ən çətin sualdı, qardaşGörən Qarabağın qayıtmağını,Mən öz gözlərimlə görəcəyəmmi?
Xırdalama, ilahi, həmişə böyüt biziBir-iki kəlmə dua,beş-altı kəlmə arzu,