Araz üstdə bir ah çəkdim, ay ellər,Araz görən nisgilimi duydumu?Bir görəydim bu amansız ayrılıqDağ çəkməmiş bircə sinə qoydumu?

Nə düşünür yurdun oğlu, bilmirəm,Korlaşdımı hissi, ağlı, bilmirəm.Yollar bağlı, sinə dağlı, bilmirəmO tərəfdə matəmdimi, toydumu?

Xəzinəsi yad ellərdə paylanır,Məlhəmsizdi, yaraları hoylanır.Mənə sarı neçə şəhər boylanır,Təbrizdimi, Mərənddimi, Xoydumu!

Qan uddurdun neçə-neçə mərdə sən,Güc qoymadın igiddə sən, ərdə sən.Saldın bizi bir çəkilməz dərdə sən,Zalım həsrət, istədiyin buydumu?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке