Könüllər titrədən nəğmələr oxu,Naxışlar tacından xalılar toxu.Gecələr gözünə getməsin yuxu,Dünyanın ən gözəl əsərini yaz –Bu heyrət önündə yenə azdır, az!

Dilindən dünyaya zər səpələ, zər,Sözlərin bal olsun, söhbətin şəkər,İsit yer üzünü bir Günəş qədər,Odlu nəfəsinlə ərisin ayaz,Bu sərvət önündə yenə azdır, az!

Bu nə yaratmaqdı, bu nə naxışdı?Bu nə tamaşadı, bu nə baxışdı?Bilmirəm payızdı, bahardı, qışdı,Min il çiçək verə, gül bitirə yaz,Bu hikmət önündə yenə azdır, az!

Ömrü haqq yolunda əridən şam ol,Tanrı ucalıqda duran rəssam ol,Çək bu dənizləri bəyazdan bəyaz,Bu sənət önündə yenə azdır, az!

Dağların gurlayan selinə dönsəm,Bütün çalğıların telinə dönsəm,Ötən bülbüllərin dilinə dönsəm,Dünyanı mat qoysa ötdüyüm avaz,Bu qüdrət önündə yenə azdır, az!

Duyğum dənizlənə, eşqim çaylana,Dağ olam, sinəmdə ellər yaylana.Ömrüm ömürlərə nurtək paylana,Verəm hər ocaqda bir nəzir-niyaz,Bu qismət önündə yenə azdır, az!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе