Daha nəyi gözləyirsən,Döyüşə gir, Vətən oğlu!Bu vətənin, bu torpağınQaya kimi mətinləşən,Palıd kimi bitən oğlu!Haqqı-qanın bahasına,Ulu sevgin, təmiz eşqin,Saf vicdanın bahasınaQollarını külüng eylə,Qeyrətini Fərhad eylə!Qarabağsız həyat yoxdur,Qarabağı azad eylə!

Nə zamandır gözləmişik,Gözləməkdən kar aşarmı?Vətən əldən gedən günüDurmaq bizə yaraşarmı?Düşmən başı əzmək üçün,Qapaza dön, şilləyə dön.Düşmən qəlbi deşmək üçün,Mərmiyə dön, gülləyə dön.Ümidini, inamınıDəmir eylə, polad eylə.Qarabağsız həyat yoxdur,Qarabağı azad eylə!

Qan içəni, qan soranı,Zibil kimi süpürməsən,Gözümüzü çıxardanınGözlərinə tüpürməsən,Nahaq yerə nə hay-küy sal,Nə hıçqır, nə fəryad eylə.

Qarabağsız həyat yoxdur,Qarabağı azad eylə!

Yumruğunla yar havanı,Qəzəbinlə tərpət yeri.Arxada tək Xəzər qalıb,Bircə addım atma geri.Rəva görmə, ümidimiz,İstəyimiz boşa çıxa.Rəva görmə, arzularınSonu gedib daşa çıxa.Alçaqların fikrinə bax,Yağıların məkrinə bax,Dağıt böhtan yuvasını,Şər evini bərbad eylə.Qarabağsız həyat yoxdur,Qarabağı azad eylə!

Gər sinəni, səndən ötrüKəpəz, Qoşqar səngər olsun.Yerişində, duruşundaTanrı boyda ləngər olsun.Şəhid olmaq zamanıdı,Ölüm üstə səfər gərək.Udduğumuz hava kimi,Bizə ancaq zəfər gərək.Oğlu ölmüş anaların,Əri ölmüş sonaların,Ölümlərin, itimlərin,Əsirlərin, yetimlərinDaxmasında işıq yandır,Ocağını abad eylə.Qarabağsız həyat yoxdur,Döyüşə gir, Vətən oğlu,Qarabağı azad eylə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине