Üstünə dalğa-dalğadərd axdı, qəm yeridi,Yanağa göz yaşları,kirpiyə nəm yeridi.Hər zülmün arxasınca,zülm, sitəm yeridi,O dözdü, o dayandı,köklü bir qaya kimi.

Zaman onu sıxsa da,o, özünü sıxmadı,Öz yükünü özgəninkürəyinə yıxmadı.Öz içində qaynadı,heç təbindən çıxmadı,Dərdi gedib çıxsa da,ulduza, Aya kimi.

Canında qəm qovurdu,gözündə yaş ətridi,Qoca dəyirman kimibağrında daş əritdi.Yıxılmazdı, vaxt onu,yavaş-yavaş əritdi,Dünyatək cavan idi,qocaldı dünya kimi.

2002, 17 noyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов