Yenə qəlbimdə vulkan,yenə içimdə tufan,Yenə qanımda atəş,yenə ruhumda üsyan,Yenə canımda ağrı,yenə başımda duman,Ağrılar gözümüzdənələnən yaşdan keçir,Millətin xilas yolubu gün savaşdan keçir.

Düzlərdə büdrəyərsən,sıldırımlar aşmasan,Səni milçəklər yeyər,qaynamasan, daşmasan.Torpaqdan vətən olmaz,uğrunda savaşmasan.Baxma ki, yollarımızboranlı qışdan keçir,Millətin xilas yolubu gün savaşdan keçir.

“Sən”, “mən” arxada qalsın,bu gün “biz” olmalıyıq,Dəmir yumruq, daş bilək,qaya, diz olmalıyıq,Dalğası şahə qalxanbir dəniz olmalıyıq.

Gücümüz birləşəndəsözümüz daşdan keçir,Millətin xilas yolubu gün savaşdan keçir.

Dağ-dağ olur ürəklər,dönür sızlayan neyə,Dərdimiz dalğa-dalğayüksəlir yerdən göyə.Bircə qarış torpağıələ keçməsin deyə,İgidlər candan keçir,şəhidlər başdan keçir,Millətin xilas yolubu gün savaşdan keçir.

Ruh gedir, həvəs gedir,yaddaş gedir, dil gedir,Torpaq eldən gedirsə,dörd əlvan fəsil gedir.Zaman da baxmır sözə,il dalınca il gedir.Biz də ki qocalırıq,yaş gəlib yaşdan keçir.Çatıb həqiqətinəhaqqını almaq üçün,Düşmənin bayrağınıayağa salmaq üçün,Qalibiyyət hayqırıb,qələbə çalmaq üçün,Millətin xilas yolubu gün savaşdan keçir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине