Qaçqınlıq
Bu necə ömürdü, bu necə gündü,Köhləndən aralı, yəhərdən qaçaq.Meh başa həsrətdi, şeh də ayağa,Düşmüşük axşamdan, səhərdən qaçaq.
Hanı o gülyanaq, o gül dostlarım,Mənim can dostlarım, könül dostlarım.Yanağı kül olmuş, a kül dostlarım,Qaçaq bu tüstüdən, zəhərdən qaçaq.
Hərəmiz bir səmtə, bir yerə qaçdıq,Gah xeyrə qurşandıq, gah şərə qaçdıq.Kənddən baş götürüb şəhərə qaçdıq,Qorxuram indi də şəhərdən qaçaq.
2007, 2 noyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-qacqinliq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Гульшан-и раз, глава 27مکن بر نعمت حق ناسپاسیکه تو حق را به نور حق شناسی
QəzəllərGözlər yoruldu, harda qalıb bəs səhər, hanı?Qasid qayıtdı gəldi, Vətəndən xəbər hanı?