Bu gün ayın neçəsidi?Bilmirəm.Gündüzüdü, gecəsidi?Bilmirəm.Yeridiyim hansı kəndin yoludu,Hansı şəhrin küçəsidi?Bilmirəm.Ölən kimdi, qalan kimdi dünyada,Qalasıdı, köçəsidi?Bilmirəm.Səni gördüm, unuduram hər şeyi,Dağ nə, daş nə, qaç nə, köç nə bilmirəm.Bildiyim tək bircə şey var dünyada,Bilirəm ki, heç nə, heç nə bilmirəm!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов