Onun qismət tarlasıəkildi bir şum kimi,Düşdü münbit torpağasağlam, saf toxum kimi.Təbiət öz əliylətoxudu naxışını,Günəş odunu verdi,buludlar yağışını.Uddu qışın qarından,baharın leysanından,Yağışı da, qarı dakeçirdi öz canından.İşığını çilədigöyün nurlu tavanı,Həyat vaxtında verdiodu, suyu, havanı.Arzular qaynağındapardaqlandı, gül oldu,Sapsarı bir zəmidədopdolu sünbül oldu.Böyüdükcə böyüdü,cücərdikcə cücərdi,Onu bəndədən əvvəlAllah özü becərdi.Halal maya üstünətükənməz maya gəldi,Payızda düşən toxumyazda dünyaya gəldi.Saf toxumun, saf suyun,saf havanın ömrüdüSənin mübarək ömrünl1lAğır elin-obanın,yurd-yuvanın ömrüdüSənin mübarək ömrünlilMayın onuncu günüən işıqlı gün oldu,Bu gün aylardan uca,günlərdən üstün oldu.Körpə gəldi dünyaya,güldü ev də, eşik də,Şirin-şirin laylalardalğalandı beşikdə.Sevgi halaldan halal,körpə əzizdən əziz,Afa sevgisi dərya,ana sevgisi dəniz.

O, dünyaya gələndəçaylar aşıb-daşırdı,Qar əriyir, buz sınır,sellər qucaqlaşırdı.Min bir çiçəyə qonubarılar bal çəkirdi,Yaz mehi saçlarınahər gün sığal çəkirdi.Hər nəyi görürdüsəkönül açan görürdü,Bənövşəni, nərgiziişıq saçan görürdü.Gəlirdi qulağınasirli səslər, soraqlar,Laylasını çalırdıdağ döşündə bulaqlar.Bir eşqin, bir sevginin,bir cavanın ömrüdüSənin mübarək ömrün!Çırpıntının, sevginin,həyəcanın ömrüdüSənin mübarək ömrün!Hər uca adın altdaağır bir zəhmət durur,Halal şöhrət yanındasağlam məhəbbət durur.Hər müqəddəs arzudaulu bir niyyət durur,Saysız yuxusuz gecə,sonsuz əziyyət durur.Heç kəs asan bilməsinzirvələrə çıxmağı,Hamı bacara bilmirTanrı dərgahındakıod əlləri sıxmağı.

Ora hər kəsin deyil,Allahı zəhmət bilən,Zəhməti Allah bilən,Əqidəni, məsləkiöz ömrünə şah bilən,Səbri, dözümü böyükərənlərin yeridi.Gələcəyi, sabahıovcunun içi kimigörənlərin yeridi.Neçə-neçə yüz illərgəlib-keçdi aradan,Bir yer də bizə verdiO müqəddəs zirvədəuca, qadir YaradanlMənim fəxrim, qürurum,Eşqim, işığım, nurum,İman və güman yerim,Şərəf yerim, şan yerimO yerdə tutdu qərar.Niyyət təmiz, arzu saf,Ürək dumduru, şəffafiO, bütün varlığınıxalqa, millətə verdi,Millətin yaratdığımilli sərvətə verdi.Sazımızla alışdı,tarımızla inlədi,Xalqın nəbzini tutdu,ürəyini dinlədi.Tapdı xalq ürəyindəhəqiqətin səsini,Tapdı xalq ürəyindəsəmtini, qibləsini.Gördü Kəbə ordadı,gördü Qara daş orda,Gördü Vətən ordadı,gördü Vətəndaş orda.Vətənə arxalandı,Vətəndaşa güvəndi,Ağıla, təcrübəyə,yetkin yaşa güvəndi.Şöhrətin, ucalığın,adın-sanın ömrüdüSənin mübarək ömrünl1lHəqiqətə tapınanmərd insanın ömrüdüSənin mübarək ömrünl1lƏn çətin suallarınən dürüst cavabıdı,Ulu Dədə Qorqudunabidə kitabıdı.Xalqın yaratdıqlarıqəlbi, ruhu, canıdı,Kaşğarlı divanıdı,Koroğlu dastanıdı.Fələkləri yandıranFüzulinin ahıdı,Xətainin çatdığıuca söz dəryasıdı.Cavid məqbərəsidi,Nəsimi heykəlidi,“Ənəlhəql” nidasınıngöydəki məşəlidi.Əcəmi naxışıdı,Atabəy baxışıdı,Sevgi çiçəkləridi,məhəbbət yağışıdı.Ələsgər müəmması,Sabir satirasıdı,Varlığı bu millətinən böyük mirasıdı.

Torpağın yarasıdı,elin dərdi-səridi,Yumşaq sözün sığalı,sərt sözün kəsəridi.Tükənməz nur qaynağı,sehirli nur yeridi,Məhəbbətin möhtəşəm,sevginin gur yeridi.Hər açılan sabahın,nurlu danın ömrüdüSənin mübarək ömrün!Dayağı torpaq olanasimanın ömrüdüSənin mübarək ömrün!

Yaradanın verdiyiilahi bir fürsətdi,Beş yüz ildə bir dəfəyurda enən qismətdi.Ağrının əlacıdı,yaranın məlhəmidi,Bir ümməti tufandansağ çıxaran gəmidi -Azadlığı qoruyanbir azadlıq quşudu,Sevincin başlanğıcı,qəmin qurtuluşudu.Gördü, vaxtında gördüöz işini Nuh kimi,Başımızın üstədixilaskar bir ruh kimi.Şirin, doğma dilimiz,ucalan başımızdı,Min illərə söykənənkəskin yaddaşımızdı.

Dövlətimin sütunu,bayrağımın rəngidi,Cəsarət möcüzəsi,siyasət nəhəngidi.Qəlbində sonsuz istək,gözündə sonsuz maraq, —Açılan sabahlaraqollarını açaraqO, böyük gələcəyəehtişamla gələcəklYeri, göyü, varlığısevən aşiqlər kimi,Gəncliyə həyat verəndolu camla gələcəklDuracaq qulluğundasəf-səf olan ordular,Əsgəri bir nizamla,intizamla gələcəklYıxacaq bircə anda,poladdan sədlər olsa,Bütün gücləri yenənbir inamla gələcəklİlhamsız bir həyatınömrü yox, davamı yox,Bütün gələcəklərəo, ilhamla gələcəklZamanlara sığmayanbir zamanın ömrüdüSənin mübarək ömrünl1lAzərbaycan adındabir cahanın ömrüdüSənin mübarək ömrünl1lSinəsi sipər olur,kirpiyi çəpər olur,Üstünə daş atırlar,daşı geri qaytarır.

Alovlu nəfəsiyləəridir sal buzları,Qarla, qırovla gələnqışı geri qaytarır.Alovlara atırlarHəzrət İbrahim kimi,Ocaqda yanmaz olur,qordan salamat çıxır.Dəryalara atırlar,balıqlara yem olmur,Dəmir tora salırlar,tordan salamat çıxır.Atırlar Abbas kimizəhərli quyulara,Çağırır ağasını,ordan salamat çıxır.Yoluna yeddibaşlıac ə)dahalar çıxır,Qorxulu mağaralar,acgöz kahalar çıxır,Nə kaha, nə əfdaha,nə mağara qorxusuƏqidənin yolundanonu sapdıra bilmir.Ən dəhşətli zərbələrOnun ümidlərinisındırıb qıra bilmir.Şeytanların dilindəSaysız dedi-qodularolsa da qalaq-qalaq,İsanı, MəhəmmədiYolundan sapdırmadınə çarmıx, nə daşqalaqlUcalanın adınaucalıq yazılıbsa,Alçaqlar ətəyindənçəksə də, sala bilmir.İlahidən yazılan,Haqdan gələn qismətiƏgər Allah veribsə,bəndələr ala bilmirlBax, o zaman yaranır,Əsl insan eşqinənağıllar, əfsanələr,Yanmır, boşuna yanmırişıqlar, pərvanələr.Onun tunc iradəsi,Haqqa yetişən səsi,Həqiqətdən yoğrulannağılı, əfsanəsi —Axan qanı saxladı,torpağı qucaqladılAyağının altınıeşənlər çox olsa da,Nə sındı, nə laxladılDaha da möhkəm oldulDaha da ötkəm oldulMüqəddəs azadlığım,Mübarək ölkəm oldulNağıllardan güc alanqəhrəmanın ömrüdüSənin mübarək ömrünl1lDastanlara sığmayanbir dastanın ömrüdüSənin mübarək ömrünl1l

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов