Oxu, Mikayıl, oxu
Şairlərimizin könül dostuMikayıl Mirzənin teatrı üçün monoloq
Gəl, niyə ləngiyirsən, gəl, Mikayıl, ləngimə,Öncül sən olmalısan döyüşümə, cəngimə,Səsini eşitməsəm duman çökər rəngimə,Döyüş elə, cəng elə, oxu, Mikayıl, oxu!Eşqini çələng elə, oxu, Mikayıl, oxu!
Dilində şairlərin dərdini görmüşəm mən,Gözündə qaçqınların yurdunu görmüşəm mən.Ruhunda oğuz adlı ordunu görmüşəm mən,Dağım, daşım, yurdum ol, oxu, Mikayıl, oxu!Basılmaz bir ordum ol, oxu, Mikayıl, oxu!
Qaldır Məmməd Arazı min illərin yaşına,Qaldır Xəlil Rzanı üfüqlərin qaşına.Yaz əlindən gələni zamanın yaddaşına,Hakim kəsil hislərə, oxu, Mikayıl, oxu!Od ələ məclislərə, oxu, Mikayıl, oxu!
Daraldıb yerimizi hər gün dar edir zaman,Gözü kor, beyni iflic, qəlbi kar edir zaman.Nə ölür, nə utanır, nə də ar edir zaman,Çək alçağa şilləni, oxu, Mikayıl, oxu!Vur satqına gülləni, oxu, Mikayıl, oxu!
Azalmayan ağrıya, çəkilməyən dərdə bax,Əl çəkmir yaxamızdan, dərd adlı namərdə bax.Uduzan ancaq mənəm, şahmata bax, nərdə bax,Tükənmir bu oyunlar, oxu, Mikayıl, oxu!Qurda döndü qoyunlar, oxu, Mikayıl, oxu!
Kələf kimi dolaşdı, kəndir kimi eşildi,Oğulların yarası göz-göz oldu, deşildi.Açılmır qanadlarım, üzüm gülmür beş ildi.Yağış gəldi, qar gəldi, oxu, Mikayıl, oxu!20-si yanvar gəldi, oxu, Mikayıl, oxu!
Üşüdür bu dünyanı buz baxışlar, buz əllər,Yetim-yetim saralır yar bağında xəzəllər.Daşqın oldu qəzəblər, çaşqın oldu gözəllər,Dözmə bu müsibətə, oxu, Mikayıl, oxu!Nə deyim bu qismətə, oxu, Mikayıl, oxu!
Gözümüzün önündə qara-qara pərdələr,Tanrı başımız üstdə qəm səpələr, dərd ələr.Satqın çıxdı dalbadal atılmış sərkərdələr,Qoy dağılsın o pərdə, oxu, Mikayıl, oxu!Dərman elə bu dərdə, oxu, Mikayıl, oxu!
Bəlkə, sən oxuyanda məlhəm ola ağrıya,Dönə kəskin qılınca, düz yalanı doğruya.Döndərdilər milləti dilənçiyə, oğruya,Qurban olum ağrına, oxu, Mikayıl, oxu!Bas torpağı bağrına, oxu, Mikayıl, oxu!
Orta yol yoxdu səndə, yanırsan, ya donursan,Ürəklərə baş vurub, dodaqlara qonursan.Ayla, ulduzla birgə göydən gələn o nursan,Oxu Allah eşqinə, oxu, Mikayıl, oxu!Gələn sabah eşqinə, oxu, Mikayıl, oxu!
Dərdin əlində qalıb, qəmə əsir olardım,Sən mənim tamlığımsan, sənsiz kəsir olardım.
Bəlkə də çoxlarına açılmaz sirr olardım,Səs ver mənim səsimə, oxu, Mikayıl, oxu!Qanad ol nəfəsimə, oxu, Mikayıl, oxu!
Saçımızı ağardır bəxtimizin qarası,Günü-gündən çoxalır könlümüzün yarası.Təbriz, Dərbənd, Borçalı, Bakı, Göyçə arası,Birləşdir bu yolları, oxu, Mikayıl, oxu!Aç Tanrıya qolları, oxu, Mikayıl, oxu!
Dərdimizi deməyə bu kamandı, bu neydi,Səsimizi yaymağa bulaq sazdı, su neydi.Azərbaycan nə quzey, nə də təkcə güneydi,Tut üzünü dünyaya, oxu, Mikayıl, oxu!Hər çeşməyə, hər çaya, oxu, Mikayıl, oxu!
Alsın gərək millətim halal haqqı-sayını,Qisas, intiqam gərək, ver düşmənin payını.Yetir bütün millətə halal haqqı-sayını,Hay elə, haray elə, oxu, Mikayıl, oxu!Göz yaşını çay elə, oxu, Mikayıl, oxu!
Nə qədər dadmaq olar dərdin, qəmin dadından,Qoy bu tarix çıxmasın tarixlərin yadından.Üç yüz milyonu keçmiş türk ulusu adındanDərdimizi ərz elə, oxu, Mikayıl, oxu!Sözümüzü gürz elə, oxu, Mikayıl, oxu!
Çatdır, Allaha çatdır ağrıları, ünləri,Bəlkə, aça bizimçün açılmaz düyünləri.Azərbaycan xalqının bu dəhşətli günləriGetsin, bir də gəlməsin, oxu, Mikayıl, oxu!Nalələr yüksəlməsin, oxu, Mikayıl, oxu!
Arzuların ən uca zirvəsinə varmamış,Ulu məslək yolunda sərt qayalar yarmamış,Laçını, Kəlbəcəri, Şuşanı qaytarmamışGetməsin gözlərinə heç zaman şirin yuxu!Dön anadil quşuna, oxu, Mikayıl, oxu!
Dünyanın ləzzətini alçaq, namərdlər çəkib,Cəmiyyətin yükünü həmişə mərdlər çəkib.Söz oğlu, sənət oğlu çəkilməz dərdlər çəkib,Bizim çiynimizdədir dərdin, həsrətin çoxu!Cavab ver bu tələbə, oxu, Mikayıl, oxu!Haqqındı son qələbə, oxu, Mikayıl, oxu!20.11.1995
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-oxu-mikayil-oxu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qoca dünya dolaşdırır addımbaşı,Əvvəl-əvvəl sığal çəkir, öyür bizi.
HarayKönül açan, göz oxşayan gölə nə var,Göz yaşından meydan quran göllər haray.
Ölümə səfərbər olmayan kişiÖlümə səfərbər olmayan kişi,Ölüm öz işini görəndə necə?
Heyif göy üzünə, heyif göylərəGöylərin bakirə vaxtı var idi,Göyün də göy kimi baxtı var idi.
Стихи других поэтов · О родине
Müxənnətə can deyəninDili düşsün, dili düşsün.
Dostlardan birinə mədəniyyətin yayılması haqqında yazılmış şerGəzər baği-məarifdən xəbərsizlər ulaqlar tək,Odur ki, nəqli-daniş payimal olmuş alaxlar tək.
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!
AndAnd içirik bu dərəyə, bu dağa!Əcdadımız can qoyduğu torpağa!