Qoca dünya dolaşdırır addımbaşı,Əvvəl-əvvəl sığal çəkir, öyür bizi.Kişiləşib, dizlərimiz bərkiməmiş,Zopasıyla, şallağıyla döyür bizi.

Həyat dəniz, ömür qayıq, can avardı,Nə dərd varsa, canı tapdı, cana vardı.İnsan quzu, vaxt kəmfürsət canavardı,Kəsir-tökür, loğma-loğma yeyir bizi.

Gəlişimiz işıq verdi bu dünyaya,Gedişimiz döndü yasa, döndü vaya.İnsanların biri palıd, biri qaya,Əyilmirik, zaman özü əyir bizi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов