Hüseyn Arif sağ olaydı
Canımdan bir ağrı keçdi,Hüseyn Arif sağ olaydı.Solmayaydı şair ömrü,Yamyaşıl bir tağ olaydı.
Qəlbə yaxın, gözdən uzaq,Ruhumu göynətdi sazaq.Söhbətimiz sərin yaylaq,Başıqarlı dağ olaydı.
Ovlanaydı cüyür, təkə,Buğlanaydı yağlı tikə.Meşəbəyi kabab çəkə,Damağımız çağ olaydı.
Neçə əri, neçə mərdi,İldırımlar yerə sərdi.Nə ürəkdə oğul dərdi,Nə sinədə dağ olaydı.
Ruhu kövrək, qəlbi zərif,Halalıydı haqlı tərif.Ölməyəydi Hüseyn Arif,Yüz il yaşamaq olaydı.
2000, 1 may
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-huseyn-arif-sag-olaydi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xudu Məmmədovun xatirəsinəXalqın sırasından getdi,
Əlli yaşın dastanıNigaran, narahat bir sualım var,Görəsən, məndəki bu təlaş nədir?
Hardan gəlir ZəlimxanHardan gəlir Zəlimxan, anasının südündən,Atasının insanı yüksəldən öyüdündən.
Sizə hardan deyim...Sizə hardan danışım, əzəl başdan binadan,Mübarək bir atadan, müqəddəs bir anadan.