Hardan gəlir Zəlimxan
Hardan gəlir Zəlimxan, anasının südündən,Atasının insanı yüksəldən öyüdündən.Pir olmuş babasının pirləşən ağılından,Nur olmuş nənəsinin bal kimi nağılından.İnsanın, insanlığın Adəmindən, Nuhundan,Yaradanın eşqindən, yaranmışın ruhundan.
Sevib sevilənlərin bir damla göz yaşından,Məcnunlaşan dünyanın odundan, ataşından.Ulduzun baxışından,Buludun yağışından,Şimşəyin çaxışından.Hardan gəlir Zəlimxan, İlahinin nurundan,Düzlərin sərvətindən, dağların qürurundan,Atilladan, Metedən, Oğuz xandan, BilgədənlDoğu-Batı arası,Gözlərimin işığı, ürəyimin parası,Ruhların dolaşdığı neçə-neçə ölkədən.Yeri-göyü titrədən Teymur cəsarətindən,Abayın boz çöllərə dil verən sənətindən.O boyda Türküstanı qəlbində yerləşdirən,Ceyhun ilə Seyhunu ruhunda birləşdirən,Qoca Məxdumqulunun dil-dil ötən sazından,Nəvainin göylərə hökm edən avazından.Nəfəsi davamıdı sazın, qopuzun, udun,Halalca nəfəsidir ulu Dədə Qorqudun.Min ildir ki, yorulmur, dərs öyrənir ""Manas"dan,Türkün öz taleyidi,Təpədən-dırnağacan Zəlimxandı bu dastan.Dünənin işi deyil, Zəlimxan başdan gəlir,Gültəkinə, Orxona, Yeniseyə yazılıb,Qisməti daşdan çıxır,Tarixi daşdan gəlir.Bir əli yer üzündə, bir əli də haqdadı,Xəyalı göylərdədi, mayası torpaqdadıl
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-hardan-gelir-zelimxan-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sən möhkəm adamsan, özünü şax tut,Əzilib-büzülmək yaraşmaz sənə.
Dünya öz dərdini çəkənə verirSarayı daşıyıb, damı çəkəmmir,Yanmışı, bişmişi, xamı çəkəmmir,
Şairin sözüFərman padşahındı, dağlar bizimdi.*Dadaloğlu*
Azər Turana təsəlli25 yaşında həyatdan gedən gənc alim, idrak və*təfəkkür sahibi, hər söhbətində məni heyrətləndirən*