Dünya öz dərdini çəkənə verir
Sarayı daşıyıb, damı çəkəmmir,Yanmışı, bişmişi, xamı çəkəmmir,Dünyanın dərdini hamı çəkəmmir,Dünya öz dərdini çəkənə verir.
Gözdə yaş, kirpikdə nəmdi sovqatı,Həmişə sevincdən kəmdi sovqatı,Ahdı hədiyyəsi, qəmdi sovqatı,Dünya öz dərdini çəkənə verir.
Dərd onu sevəni çəkir yanına,Dözəmmir hər oğul Nuh tufanına.Palıd ildırımı çəkir canına,Dünya öz dərdini çəkənə verir.
Dərdi paltar kimi geyir, daşıyır,Dərdi çörək kimi yeyir, daşıyır,Peyğəmbər daşıyır, şair daşıyır,Dünya öz dərdini çəkənə verir.
Ağrılar qəddini bükən nə çəkir,Yaralar bağrını sökən nə çəkir,Çəkməyən nə bilsin çəkən nə çəkir,Dünya öz dərdini çəkənə verir.
Heç vaxt biganəyə el yükü vermir,Kərəm olmayana kül yükü vermir,Heç vaxt qarışqaya fil yükü vermir,Dünya öz dərdini çəkənə verir.2010, 10 oktyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-dunya-oz-derdini-cekene-verir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Muraz ili murazıma baxdı kəm,Çoxlarını tale qoydu can üstə.
SoyutmaQardaş, qana tuş gəlsə də qışımız,Ocağını oddan, közdən soyutma.
Vətən nə çəkibGəlsin şəhidlərin ziyarətinə,Kimin ürəyində qəm varsa, gəlsin!
İçərimdə yatan qüvvətİçərimdə yatan qüvvət, dayan, hələ baş qaldırma,Dağ qaldıra bilmirsənsə, əbəs yerə daş qaldırma!
Стихи других поэтов
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,
Ol gün ki çıxdı Şişədə meydana dördaşıqOl gün ki çıxdı Şişede meydana dördaşıq,Qoydu tamam evleri viranə dördaşıq.
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Nolardı məclisimiz bir dəqiqə xəlvət olaydıNolardı məclisimiz bir dəqiqə xəlvət olaydı,Deyib danışmağa cananilən fərağət olaydı.