Ölümə səfərbər olmayan kişi
Ölümə səfərbər olmayan kişi,Ölüm öz işini görəndə necə?Özü istədiyi gündə, saatda,Gəlib öz barını dərəndə necə?
Qaça bilirsənmi bircə günündən?Qaça bilirsənmi bircə anından?Qaça bilirsənmi vaxtın, zamanınƏn ağır, ən çətin imtahanından?
Sorğuya-suala hazır olmasan,Vaxt sənin üstündən qara xətt çəkər.Ölümə səfərbər olmayan kişi,Ölüm qarşısında xəcalət çəkər.
Tale bu milləti çəkir sınağa,Sözünü kim ötkəm, kim yavaş deyir.Hərə bir arzunun sevdasındadı,Kim barış istəyir, kim savaş deyir.
Savaş istəyənin içində hünər,Barış istəyənin içində qorxu.Qələbə hansının payına düşər,Görək kim birinci hoppanır arxı.
Ölümə hazır ol, çəkilsin geri,Əzrayıl yaxına gələ bilməsin.Ölümə hazır ol, yağı tamahıGəlib torpağını bölə bilməsin.
Ölümə hazır ol, çax şimşək kimi,İçində qəzəbin selləri daşsın.Göylər elə yansın, elə parlasın,Heyrətdən düşmənin gözü qamaşsın.
Vicdanın əzabı şırımlar açar,Ürəkdə, beyində, üzdə, sifətdə.Ölümə səfərbər olmayan kişi,Gərək yaşamasın bu məmləkətdə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-olume-seferber-olmayan-kisi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Səməd Vurğun – 80” təşviqat qatarında, ongünlük Azər -*baycan rayonlarına səfər zamanı Xalq şairi Mirvarid Dilbazini*
Oxu, aşıq KamandarGöz açandan vurğunam,Avazına, səsinə.
Sənətkar dostumaÇal, yazığın gəlməsin,Nə pərdəyə, nə simə.
Aşıq ƏmrahÇox ustadlar gördü gözüm,Əmrah bir gəldi, bir getdi.
Стихи других поэтов · О смерти
Səni mənim qədər kimsə anlamaz,Kimsə duya bilməz səni mənimtək,
Ölüm- yuxu görməkdi…Ömür uzanıb gedər;İlk uşaqlıq köynəyin kəfən olana qədər.
Ah... bir sərxoş nigarın dağı öldürdü məniAh... bir sərxoş nigarın dağı öldürdü məni,Günbəgündən hüsnünün rövnaqi öldürdü məni,
Hamı vaxtından tez ölürHamı vaxtından tez ölür,Bir il, bir ay, bir həftə.