Hamı vaxtından tez ölür,Bir il, bir ay, bir həftə.Harda olsan ölüm görür;Hədəfdəsən, hədəfdə.

Harda olsan ölüm görür;İclasda, toyda, yasda.Hər gün sənə yaxın gəlir,Addım-addım, bir az da.

Bu günəcən çox qapıdanQoşa girdiz ölümlə.Gizlənpaç oynayır adamGecə-cündüz ölümlə.

Hamı vaxtından tez ölür;Bir ay, bir gün, bir saat.Bacarırsan, azdır görüm,Aldat, ölümü, aldat.

Dost-tanışın arasındaGizlən onun gözündən.

Harda səni yaxalasa,Hirslənib çıx özündən.

Çıx özündən, - qoy eləcəƏliboş qalsın ölüm.Yenə düşüb küçə-küçəSəni axtarsın ölüm.

...Hamı vaxtından tez ölür;Lap bir saat, bircə an.Yuxuya da ölüm girir,Nə yatmısan?.. Qalx! Oyan!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти