Çal, yazığın gəlməsin,Nə pərdəyə, nə simə.Qaytar məni özümə,Qaytar məni hissimə.

Ucuz tutar ucuzlar,Namərd yaramı duzlar.Üşüdüb qəlbi buzlar,Bəlkə qəlbim isinə.

Sellərə dönüm, axım,Şimşəyə dönüm, çaxım.Baxım, təzədən baxım,Öz yaxşıma, pisimə.

Nəğməsiz eşqim solar,Yaşla gözlərim dolar.Qoca dağlar qərq olar,Dumanıma, sisimə.

İlham düşsün payıma,Hay ver mənim hayıma.Hoy ver mənim hoyuma,Səs ver mənim səsimə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов