Bitir
Əlimizdən yerə bir dən düşəndə,Payız qalır, qış dincəlir, yaz bitir.Bənövşənin naz boyuna biçilir,Bahar vaxtı ətəklərdə naz bitir.
Yaz fəslidi bizi eşqə gətirən,Arzumuzu boya-başa yetirən.Öz yerimdi tər çiçəklər bitirən,Özgə yerdə belə güllər az bitər.
Bitməliyəm, vaxtım-vədəm var mənim,Sabahımda səsim, sədəm var mənim.Torpaq əkən Qorqud Dədəm var mənim,Hər qarışda saz göyərir, saz bitir.
1975, 5 dekabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-bitir
Клавиши ← → для перехода, R — случайное стихотворение