Yaman könlümə düşüb,Ya kaman, ya tar ola.Eşqimi, xəyalımıYerdən göyə qaldıranDəli bir “Qatar” ola.Yarıb keçəm layları,Uçam, arxada qoyamUlduzları, ayları.Qarlı zirvələr beləBaxa qarlı zirvəyə,Müəmmalı dünyaya,Bu “Qatar”lı zirvəyə.Ən uzaq sahillərə,Ən uzun mənzillərəKamanla, tarla gedəm.Dahilər görüşünəMən bu “Qatar”la gedəm.Bir aylıq yolum olsa,Bircə gündə qət edəm.Bağdadda Füzulini,Hələbdə NəsiminiBol-bol ziyarət edəm.Aşiqəm, gəzəmmərəmSevgili yardan ayrı.Durnayam, süzəmmərəmMən bu qatardan ayrı.Mən “Qatar” istəyirəm,Onu çala, dindirəYa Habil, ya da Əhsən.Deyəm, məni yaşadanAlova, oda əhsən.

Duyğularım dil aça,Min yerə naxış vuram,Min bir xalı toxuyam.Füzuli hikmətiniBu təsniflə oxuyam.“Razıyam, könlümü birzülfü sitəmkar apara,Sına, hər parəsinizülfdə bir tar apara”.Mən “Qatar” istəyirəm,Gah göylərə qaldıra,Gah yerlərə endirə.Onun odlu nəfəsiTəkcə insanı deyil,Daşları da dindirə.Onun gözüylə baxamAnamız təbiətə.Ləpələr dalğa ola,Təpələr dağa dönə.Çəməndəki lalələrQızıl bayrağa dönə.Məhəbbəti əbədi,Eşqi var istəyirəm,Mən “Qatar” istəyirəm.

1975, 23 noyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви