Ağlaya-ağlaya güldük dünyaya,Gördük göz dağından göz yaşınacan.Bölgü Allahındı, bəndəlik nə var?Hər kəs ömür sürər öz yaşınacan.

Hər addım başında qorxu ilişər,Baxtına taleyin çarxı ilişər.Otuzdan keçsə də, qırxı ilişərKimdi gedib çıxan yüz yaşınacan.

Ayrılıq kəmfürsət, Əzrayıl yağı,Matəm say qaranı, bayram say ağı.Yaşa öz ömrünü bayramsayağıKəfən yaşınacan, bez yaşınacan.

2000, 9 mart

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Плачи