Borçalı lövhələri
Gəzirəm, gəzdikcə ürək deyir yaz,Düşün, təsvir eylə gördüklərini.Ürək hökm edəndə yazmasam olmaz,Gərək axıdasan alın tərini.
Yollar kənarında söyüdlər, şamlar,Baş-başa dayanıb, cərgə-cərgədi.Burda çox füsunkar olur axşamlar,Hər ağac kölgəsi bir düşərgədi.
Hücuma başlayan qəhrəman kimi,Yazda nərə çəkib coşanda Xram,Min bir hava çalır qəlbimin simi,Mən də çağlayıram, mən də axıram.
Sadaxlı, Qaçağan keçir gözümdən,Baxdıqca hər yana, nələr görürəm.Hər daşı, torpağı seyr edirəm mən,Elə bil kənd deyil, şəhər görürəm.
Şairə, rəssama istedad verir,Kim olmaz bu yerin hüsnünə heyran.İnsanın eşqinə qol-qanad verir,Qayalarda kəklik, düzlərdə ceyran.
Gəzib-dolanıram doğma Vətəni,Dağlar əlçatmazdı, dərələr dərin.Hər qaya özünə cəzb edir məni,Bura beşiyidi gözəlliklərin.1968, 10 aprel
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-borcali-lovheleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Müshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
«یحبهم » ز چه رو گشت آن مراد مرید؟مگر در آینه جان جمال خود را دید؟