Arxalanmışam
Ana qucağına bala sığınar,Dağların döşünə qala sığınar,Arılar pətəyə, hala sığınar,Torpağım, mən sənə arxalanmışam!
Ümiddən, qayğıdan çəkim var mənim,Çiynimdə dağ boyda yüküm var mənim,Gövdəyəm, dərində köküm var mənim,Budağım, mən sənə arxalanmışam!
Gözünə işıq ver doğulan kəsin,Nurun azalmasın, odun sönməsin,Boranlı günlərdə üzün dönməsin,Çırağım, mən sənə arxalanmışam!
Şeirim gözün kimi duru görünsün,Sözümdə dünyanın nuru görünsün.Qoyma kəlmələrim quru görünsün,Bulağım, mən sənə arxalanmışam!
Arzu yollarında qalmayım geri,İlhamla yaradım nəğməni, şeiri.Nəslimin ən qədim ziyarət yeri,Ocağım, mən sənə arxalanmışam!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-arxalanmisam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sən Allah, qırağa çıxmasın bu söz,Bu sirri bir sən bil, bir də mən bilim.
Görək kim çıxacaq yaza bu qışdanGözüm su içmədi gəlhagəlindən,Çəkdim dönə-dönə cəza bu qışdan.
Uzaq gəzməO dənizdən mənə bircə damla ver,Mən damlanı bir dənizə çevirim.
GedirəmHər səhər qaçıramsevincin dalınca,