Uzaq gəzmə
O dənizdən mənə bircə damla ver,Mən damlanı bir dənizə çevirim.Sovqat bilib göndərdiyin sevgini,Ürəyimdə saza, sözə çevirim.
Quşa dönüm, sünbülündən dən alım,Dənizim ol, sahilinə yan alım.O gözlərin qadasını mən alım,Baxışları oda-közə çevirim.
Ərit məni, damla-damla əri, gəl,Gəl ömrümün sərvəti, gəl, zəri, gəl.Uzaq gəzmə, o dağlardan bəri gəl,Səni görüm, dağı düzə çevirim.
2007, 25 mart
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-uzaq-gezme
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Unudulmaz el bəzəyi, el oğlu,Hər gün onu saz dinlədi, saz andı.
XatirəYenə yadıma düşdü, o sərin yaz axşamı,Eşqimin, həyatımın unudulmaz axşamı.
Dünyaİnsanın qəlbində həsrət olanda,Yüz ilə döndərər yüz günü dünya.
Ümid bağlayanda...Qayadan yaranır, daşdan yaranır,Abbas yaxşı deyib, küldən dağ olmaz.
Стихи других поэтов · О природе
Görməyə gəldik səni biz uzaq ölkələrdən,Aman, ey Qara dəniz! Bu tatlı görkəmlə sən
Pişvaqiədən: Feyzi-əşkin talibi çeşmin bükadan saxlamazFeyzi-əşkin talibi çeşmin bükadan saxlamaz,Lülüi-saf istəyən bəhrin sədəfdən saxlamaz
سپیدهدم، نسیمی روحپروروزید و کرد گیتی را معنبر
Məktəb uşağıSübh açılantək oyanır uyğudan,Bir gülü-gülzari-dəbistan çocuq!