Nişan verər
Payızın sorağı xəzəldən gələr,Qışın bəyliyini buz nişan verər.Yazın qız vaxtını, oğlan çağını,Çiçəyi sayrışan düz nişan verər.
Gücündən bilinər səmti küləyin,Rəngindən bilinər ətri çiçəyin,Sevinci, şadlığı varsa ürəyin,Yanaqlar allanar, üz nişan verər.
Versən öz qəlbini təmiz bir ada,Hər zaman hörmətlə düşərsən yada.Nə qoyub gedirsən qoca dünyada,Zəlimxan, açdığın iz nişan verər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-nisan-verer
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yenə bahar gəlib, torpağa bahar,Mənimsə qəlbimdə bir göynərti var.
Hüseyn Arif məclisiBakıda “Səda” deyilən mədəniyyət evində unudul-*maz xalq şairimiz Hüseyn Arifin xatirəsinə həsr*
Hüseyn Arif sağ olaydıCanımdan bir ağrı keçdi,Hüseyn Arif sağ olaydı.
Muğannadan gələn səsZəng çalındı. Dəstəyi götürdüm. Min illərin arxa -*sından gələn qədim bir səs eşitdim. Səs onun səsi idi.*
Стихи других поэтов
Ötən ay gəlmişidim şəhrə, ey Raci, hilal-asa,Məni üryan ü ləğər görcəkin el baxmadı əsla
QələmimQələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
MənəmMüşkül işə düşəndə çağırram səni,Yetiş fəryadıma ya İsa mənəm