Buz bulaqlar aynasıdı,Şüşəsidir bu dağların.Könülaçan göy çəməni,Meşəsidir bu dağların.

Hər yana açılar qolu,Gen sinəsi sözlə dolu.Çaxan şimşək, yağan doluNəşəsidir bu dağların.

Hey baxar yollara doğru,Yaman şeydi həsrət, ağrı.El gəlməsə, qara bağrıBişəsidir bu dağların.

Asan deyil yaşa dolmaq,Min illəri yola salmaq.Qocalsa da, cavan qalmaqPeşəsidir bu dağların.

1977, 10 iyul

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе